Qiyabi təhsil alan tələbələrə də təhsil krediti verilə bilər - Diqqət!

24-06-2022, 09:41           
Qiyabi təhsil alan tələbələrə də təhsil krediti verilə bilər - Diqqət!
Qiyabi təhsil alan tələbələrə də Təhsil Tələbə Kreditlərinin verilməsi barədə təklif irəli sürüləcək.

Teref.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondundan bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 saylı Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi” Qaydasına görə , Təhsil tələbə krediti Universitetlərin, bakalavriat, magistratura (rezidentura), səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələrə şamil edilir.

"Sözügedən qaydalara qiyabi təhsil alan tələbələrə də Təhsil Tələbə Kreditlərinin verilməsi barədə əlavələr edilməsi məqsədilə Fondun idarəetmə orqanı olan Himayəçilik Şurasının iclasında təklif irəli sürüləcəkdir", - deyə əlavə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru