Neftçalada Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərov və işçisi Anar balıqçılardan “aylıq” yığır?

3-05-2016, 00:23           

Neftçala rayon Qoltuq kənd sakini Gülüşov Pənah Əlizamin oğlu Rayonun Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərov və onun işçisi Anarla bağlı daxili işlər naziri Ramil Usubova şikayət məktubu ünvanlayıb Bildiyimiz kimi Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür Təcrübə Zavodu da məhz burada yerləşir. Zavodun laboratoriyasında isəkörpə nərə balıqları yetişdirilir və qiymətlibalıq növləri ehtiyatlarının təkrar istehsalı üçün onlar Kür çayına buraxılır. Bir sözlə, Neftçala rayonu balıqçılıqla məşğul olan regionlarımızdan biridir. Amma müxtəlif bəhanələrlə çörəyi dərinliklərdən çıxan balıqçıları rayonun Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərov və onun işçisi Anar incidir. Hətta bununla bağlı bu ilin yanvar ayının əvvəllərində bu narazılıq 500 nəfər etirazçının bu olay bağlı Neftçala-Salyan magistral yolun bağlanması ilə şahid olunmuşduq. Müxtəlif gölməçələrə ”ventir” atıb ailəsinə bir tikə çörək aparan balıqçılara bu iş yasaqlandı. Milletinsesi.info xəbər portalına Neftçala rayon Qoltuq kənd sakini Gülüşov Pənah Əlizamin oğlu Rayonun Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərov və onun işçisi Anarla bağlı daxili işlər naziri Ramil Usubova şikayət məktubu ünvanlayıb. teref.az yazır ki, milletinsesi.info olaraq şikayəti olduğu kimi təqdim edirik: “Azər Cəfərov və onun işçiləri Neftçala rayon Qoltuq kəndinin Xəzər dənizi sularında saxlayaraq məni hədələyib, “sən niyə aylıq 100 manat haqqı vermirsən” deyərək üstümə hücum çəkdiklər. Başımdan tutub suya soxaraq, öldürəcəklərin ibildirdilər. Suyun ortasında qorxumdan nə edəcəyimi bilmirdim. Tək fikirləşdiyim sağ sahilə çıxmaq idi. Birdən beynimə fikir gəldi ki bunların istədiyindəndə artıq pul boyun alıb, əllərindən qurtulmaq olar. Azər Cəfərova 500 manat pul boyun alaraq, onlardan bir necə saat vaxt istədim və cəp kolazıyla (lotka)sudan quruya çıxıb evimə gəldim. Hörmətlə redaksiya, sizdən xahişim odur ki, saytınız vasitəsilə mənim başıma gətirdiklərini yayın ki, mənim kimi incidilən balıqçılar xilas olsun. Yayın ki, ölkənin imicinə öz mənafeyi üçün xələl gətirən insanlar bilinsin. Cənab nazir Ramil Usubovdan xahişim bu kimi insanlarla bağlı ölçü götürülməsidir”. Balıq ovu ilə məşğul olan şikayətçılərin bildirdiyinə görə, hər şey qanunla tənzimlənnmiş halda olsada, onların dənizə girmələri üçün 100 manatdan başlayan rüşvət alırlar. Dənizə girəcək matorlu qayığın ölçülərinə görə, dəyişən rüşvət insanlarda dövlətə, idarəetməçiliyə inamsızlıq yaradır. Şikayətçilər sonda onu da qeyd ediblər ki, Neftçala Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərov Neftçala rayonunda üsyan çıxarmaq istəyir, çünki rəisin “pul yığan əli” adlandırılan Anara kim aylıq vermirsə həmən adam döyülür, söyülür və həbslə hədələnir. Anar isə həmişə sinəsinə döyərək bildirir ki, yuxarıda adamım var, heç kim mənə heçnə edə bilməz. Məsələ ilə bağlı Neftçala Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərovla əlaqə saxlamağa çalışsaqda, qeyri-iş günü olduğundan bu istəyimiz alınmadı.
Onu da qeyd edə ki, adları çəkilən şəxslərində mövqeyin dərc etməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.