Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

2-07-2022, 18:16           
Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar
Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın ümumi ixracı 15,4 milyard dollar olub və bunun 1,2 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 280,6 milyon dollar və ya 30,9% artıb.

2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq (123,7 milyon dollar) birinci, pomidor (91 milyon dollar) ikinci, karbamid (84,1 milyon dollar) isə üçüncü olub.

Bu ilin ilk 5 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub.

Şirkət Rəhbəri İxracın miqdarı
“MKT İstehsalat Kommersiya” MMC
(VÖEN- 9900008361) Həsənov Rövşən 79,6 milyon dollar
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi
(VÖEN- 9900047801) Mohammad Reza 40,9 milyon dollar
“P-Aqro” MMC
(VÖEN-1404226851) Əlizadə Azər 24,8 milyon dollar
“STP Alüminium” MMC
(VÖEN- 2906014721) Əliyev Fərhad 17 milyon dollar
“Aqrovest” MMC
(VÖEN- 1403866861) Aslanov Maarif 16,5 milyon dollar
“ZR-78 Company” MMC
(VÖEN-1102486011) Gasanov Nasıb 15,8 milyon dollar
“Mors Trading” MMC
(VÖEN-1604639301) Mehmet Savaş Uzan 14,5 milyon dollar
“Baku Steel Company” QSC
(VÖEN-1000062011) Zeynalov Həmid 12,3 milyon dollar
“Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC
(VÖEN- 1600030111) Rzayev Ramiz 10,6 milyon dollar
“Azmet” QSC
(VÖEN – 6402897671) İbrahimov Murad 10,6 milyon dollar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru