Ən böyük kriptovalyuta investisiya fondlarından biri - İFLAS EDİB

4-07-2022, 10:20           
Ən böyük kriptovalyuta investisiya fondlarından biri - İFLAS EDİB
Bir vaxtlar dünyanın ən böyük kriptovalyuta investisiya fondlarından biri olan “Three Arrows” müflis olub.

Teref.az Banker.az-a istinadən xəbər verir ki, Sinqapurda qeydiyyatdan keçmiş fondun nümayəndələri aktivlərini kreditorlardan qorumağa çalışırlar.

Fond 2012-ci ildə İsveçrənin “Credit Suisse” investisiya bankının keçmiş işçiləri Kayl Devis və Zhu Su tərəfindən yaradılıb. 2021-ci ildə o, 10 milyard dollarlıq aktivi idarə edib.

Ekspertlərin fikrincə, bir neçə il əvvəl fond kriptovalyuta bazarının əsas oyunçularından biri olub. Kriptovalyutaların məzənnəsinin aşağı düşməsi ilə əlaqədar onun aktivlərinin dəyəri əhəmiyyətli dərəcədə azalıb. 2022-ci ilin aprelində bu, cəmi 3 milyard dollar olub.

“Three Arrows”un iflası fonunda bir çox şirkət əməliyyatlarını nəzərdən keçirir və kriptovalyuta bazarlarının düşməsi səbəbindən vəsaitlərin çıxarılmasını sərtləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru