"Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz" - Deputatdan ETİRAZ

11-07-2022, 09:44           
"Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz" -
“Təsadüfən Xəzr TV-nin "Komedixana" kimi urvatsız bir verilişinə baxdım. Bir məsələ məni düşündürdü: Görəsən bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq dərsi, davranış dərsi keçilibmi?”. DİA.AZ “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib. Onun sözlərinə görə, proqrama baxanda hiss edirsən ki, bunlar deyəsən televiziya rəhbərinin bayağı yumoru və davranışından başqa heç nə öyrənməyiblər:

“Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz. Onlara bayağı və təlxək davranışları təlqin edirsiniz? Bayağı hərəkətlər, duzsuz yumorlar, seçilmiş küçə mövzuları bunların yalnız özlərinə xoş gələ bilər.

Vaxtilə televiziyalarda efirə gedən "Komediyalar aləminə səyahət" verilişini səbirsizliklə gözləyərdik. Ağ-qara göstərən televizorda yaddaşlarımızdan indi də silinməyən məzmunlu tamaşalara baxardıq.

İndi plazma növlü televizorun komediyaları həmin ağ-qara göstərən televizorun bircə tamaşasına belə dəyməz. Hər şey aydındır: texnologia var, lakin teatr və aktyorluq təhsili, istedad və sənətə hörmət yoxdur...

Bir şeyi unutdum: məktəb dərnəkləri də yoxdur ki, istedadı vaxtından əvvəl üzə çıxarsın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru