BU NƏDİ BELƏ: Məhbusların əlavə məcburiyyətləri... - rəsmi qurum iddiaları təkzib edir

28-07-2022, 18:12           
BU NƏDİ BELƏ: Məhbusların əlavə məcburiyyətləri... -
20 iyul 2022-ci il tarixində Ömürlük Məhkumların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Müslümat Rzaxanova öz “Facebook” səhifəsində status paylaşaraq, islah müəssisələrinin ərazisində yerləşən ticarət köşklərində satılan məhsulların baha olmasından şikayətlənib. Onun sözlərinə görə, bu piştaxtalarda məhsullar marketlərdəkindən qat-qat baha satılır.

Müslümat Rzaxanovanın yazdığına görə, seçim azadlığından məhrum edilmiş məhbuslar bu bahalı məhsulları almağa məcburdurlar. Teref.az-ın məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə AYNA-ya açıqlamasında Rzaxanovanın dediklərini təkzib edib: “Bu köşklərdə qiymətlər heç də marketlərdəkindən baha deyil. Bu mağazalarda mülki şəxslər işləyirlər”.

Lakin keçmiş məhbuslar Aqil Məhərrəmli və Asif Yusifli AYNA əməkdaşı ilə söhbətlərində Rzaxanovanın iddiasını təsdiqləyiblər.

A.Məhərrəmlinin sözlərinə görə, o, 2018-ci ildə 4 il müddətinə azadlıqdan məhrum edilib: “Bir il Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılmışam. Sonra məni 2 saylı Cəzaçəkmə Müəssisəsinə keçirdilər. Bu köşklərdə ticarət nağd pulla həyata keçirilir və orada hər şey həqiqətən adi bazarlardan bir neçə dəfə bahadır”.

A.Yusifli də bənzər fikir səsləndirib: “2014-cü ildə 5 il müddətinə azadlıqdan məhrum edildim. Məni 16 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirdilər. Cəzaçəkmə müəssisəsinin ərazisində yerləşən köşklərdə qiymətlər marketlərdən təxminən 3 dəfə baha idi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.