Bakıda `Muse Cafe`dən ŞOK ÖZBAŞINALIQ - Cırılan menyunun da pulunu alırlar...

2-08-2022, 08:57           
Bakıda `Muse Cafe`dən ŞOK ÖZBAŞINALIQ - Cırılan menyunun da pulunu alırlar...
"31 iyul 2022ci il tarixində ailəmlə "Muse Cafe"də çöldə oturmuşduq. Mən menyuya baxanda 9 aylıq qızım əl atdı menyunun bir səhifəsinin bir hissəsin cırdı". DİA.AZ xəbər verir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Ruslan Əlizadə adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: "Yemək yedikdən sonra hesab gəldi və hesaba 40 manat əlavə menyu pulu gəldi. Soruşdum bu nə qiymətdi? Dedilər ki menyunun qiyməti 100 manatdı amma sizə endirim edib 40 manat deyirik...

Mən etirazımı bildirəndə iki adminstrator yaxınlaşdılar və şüvənlik saldılar ki mən 40 manatı ödəməliyəm. Təklif etdim ki 20 manat ödəyim dəyən zərərə görə onsuz da belə də 10 manat verəcəkdim.

Yenə razılaşmadılar. Uzun sözün qısası professionallıqdan çox kənar bir personalı var adminstratorlar qarışıq. Heç kəsə məsləhət görmürəm bu restoranı..."

İddia olunanlarla bağlı Teref.az olaraq qarşı tərəfi də dinlməyə hazırıq...



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.