Zaur Bəylərov Bərdədə bələdiyyə üsyanı yetişdirir
13-05-2016, 16:56
İcra hakimiyyətinin şöbə müdiri bələdiyyələri yağmalayır
Bərdədən AzFakt.com-a daxil olan məlumata görə rayaon icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri ZaurbBəylərov bələdiyyələri cana doydurub. Belə ki, rayon icra başçısı Vidadi İsayevlə "çox yaxın münasibətlərə" malik olan şöbə müdiri icra başçısının bu etimadındna istifadə edərək bələdiyyə sədrlərini gözüm çıxdıya salıb.
Bərdədən AzFakt.com-a daxil olan ilginc məlumatda bildirlir ki, Zaur Bəylərov rayon bələdiyyə sədrlərinin yığıdıqları vəsaitləri məcburən onların əlindən alır.Belə ki, bələdiyyələrin vətəndaşlardan yığdıqları vəsaitlərə çökən şöbə müdiri heç kəsi saya salmayaraq həmin vəsaitin ona çatacağını iddia edir. Mənbəmiz bildirir ki, bütün kənd bələdiyyələrinin büdcəsini boşaldan Zaur Bəylərovun bu etdiyi ən böyük özbaşınalıq və cinayətdir.Çünki icra başçısı Vidadi İsayevə arxalanan bu zat heç kəsi saya salmır. Bələdiyyələr vətəndaşlardan zorla yığdıqlaır vəsaiti hansısa bir iş görmək istəsələrdə bu pullar Zaur Bəylərova qismət olur.
İnformasiya mənbəmiz qeyd edir ki, bu yaxınlarda bir qrup bələdiyyə sədri Bərdə rayon icra hakimiyyətinə gələrək Zaur Bəylərovun qəbulunda olublar. Bezmiş bələdiyyə sədrləri şöbə müdirinə açıq deyiblər ki, artıq onlar qapı-qapı düşüb, söyülə-söyülə vəsait yığmayacaqlar. Mənbəmizin iddiasına görə Zaur Bəylərova bələdiyyələrə deyib ki, hər hansı bir şikayətiniz varsa rayon icra başçısı Vidaid İsyevə deyin. Şöbə müdirinin bu cür özbaşınalığından bezən bələdiyyə sədrlərinin prezidnetə şikayət edəcəkləri deyilir. Bildirək ki, Zaur Bəylərovun qaynanası Vidadi İsayevin ştatdan kənar katibəsidir və bir müddət əvvəl icra başçısının kabinetində məhz şöbə müdirininq aynanası ilə başçısının digər xanım müavini arasında saçyoldu davası olmuşdu. Həmin saçyoldu davasının təfərüatını va hansı səbəbdən baş verdiyini yaxən günlərdə oxuculara açıqlayacağıq.