4 manatlıq çay 18 manata necə qalxdı? - "Fisincan"da

13-05-2016, 17:31           
4 manatlıq çay 18 manata necə qalxdı? - "Fisincan"da
Havaların isinməsi şəhərin mərkəzindəki iaşə obyektlərinə üz tutan müştərilərin sayının artmasına səbəb olub. Xüsusən də açıq havada yerləşən obyektələr daha çox müştəri cəlb edir.

Amma bir çox məsələlərdə olduğu kimi burda da fürsətdən istifadə edən işbazlar var. Şəhərin mərkəzidi deyib, adi bir suyu 3 manata, acı kofeni 8 manata, maya dəyəri bir manatdan da aşağı başa gələn çayı 18 manata satmağa çalışanlar kimi.

Qaynarinfo.az-ın elektorun poçtuna da bununla bağlı şikayət məktubu daxil olub.

Şikayətçi Elvin Əhmədin sözlərinə görə, Fəvvarələr meydanı ərazisində yerləşən "Fisincan" kafesi sözün həqiqi mənasında müştəriləri çay içməyə peşman edir. Şikayətçi qeyd edir ki, bu yaxınlarda dostları ilə "Fisincan" kafesində çay içmək istəyiblər. Amma bu istək elə arzu olaraq qalıb. Menyuda çayın qiyməti 4 manat qeyd olunsa da, restoranın xidmətçisi qiymətlərin dəyişdiyini deyib.

Dəyişiklik də nə dəyişikik? 4 manat qiymət qoyulan çay indi 18 manata satılır. Elvin Əhməd deyir ki, bununla bağlı şikayətlərini etsələr də, heç bir faydası olmayıb. Restoran xidmətçisi dəyişikliyə müdirin göstəriş verdiyini və 18 manatdan aşağı çay olmadığını bildirib.

Şikayəti araşdırmaq üçün "Fisincan" restoranı ilə əlaqə saxladıq. Restoranın adminstratoru xəbəri təkzib etdi. Qeyd etdi ki, ola bilər müştəri ilə, ofsiant arasında hansısa bir anlaşılmazlıq olub: "Fisincan" restoranı hər zaman müştərilərinə diqqətlə yanaşır".

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə yaranmış problemlə bağlı müştərinin rəsmi müraciətindən sonra araşdırma aparacaqlarını və rəsmi cavab verəcəklərini qeyd etdilər.

Ümumi nəticədən belə aydın olur ki, maya dəyəri bir manatdan aşağı başa gələn çayı 18 manata müştərilərə satılması restoran sahibinin qısa zamanda milyonçu olmaq arzusundan xəbər verir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.