“Zəfər tarixi”ni çap edən şirkətin 1 milyona yaxın vergi borcu var - İLGİNC FAKT

12-11-2022, 10:56           
“Zəfər tarixi”ni çap edən şirkətin 1 milyona yaxın vergi borcu var - İLGİNC FAKT
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi ilə “Çaşıoğlu Elm-İstehsalat” MMC (VÖEN- 1300069061) arasında 9-cu siniflər üçün "Zəfər tarixi" dərs vəsaitinin çap olunması ilə bağlı müqavilə bağlanıb. Müqaviləyə əsasən Nazirlik 112 səhifədən ibarət olacaq 154 min 980 ədəd kitab üçün MMC-yə 216 min 916 manat 20 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, bir ədəd kitabın çapı üçün 1 manat 69 qəpik vəsait xərclənəcək.

TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, Elm və Təhsil Nazirliyi “Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün "Zəfər tarixi" dərs vəsaitinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması”na dair tender keçirib.
Tender Komissiyasının qərarına əsasən qalib “Çaşıoğlu Elm-İstehsalat” MMC olub və həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
Məlumat üçün bildirək ki, 3 min 980 manat nizamnamə kapitalı olan “Çaşıoğlu Elm-İstehsalat” MMC-nin qanuni təmsilçisi Hüseynov Ülfət Hikmət oğludur. Şirkət 26 sentyabr 1995-ci ildə dövlət qeydiyyatına alınıb.


Qeyd edək ki, “Çaşıoğlu Elm-İstehsalat” MMC-nin ötən günə olan tarixə görə 939 min 398 manat 39 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru