800 milyona çörəyimiz olacaq? - Ekspert danışır

15-11-2022, 12:38           
800 milyona çörəyimiz olacaq? - Ekspert danışır
“Gələn ilin dövlət büdcəsində ərzaqlıq buğda istehsalı üçün 800 milyon manat vəsait ayrılır. Bu, sevindrici haldır”.

TEREF.AZ xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Eldar İbrahimov deyib. “İlk dəfədir ki, ərzaqlıq buğda istehsalı üçün bu qədər vəsait ayrılır. Bundan başqa, kənd təsərrüfatına da ayrılan vəsaitin bundan öncəki büdcə zərflərindəkindən çox olması iqtisadiyyatımızın inkişafını göstərir”, - deyə deputat bildirib.

Maraqlıdır ki, bununla buğda aslılığı azala bilərmi?

Cebhe.info-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib ki, bunun üçün hər aqropark eyni dərəcədə maliyyələşməlidir:

"Azərbaycan dövlətinin bu məsələyə diqqət ayırması təqdirəlayiqdir. Məsələ burasındadır ki, vəsait ayırmaq hələ işin hamısı deyil. Ərzaqlıq buğda istehsalını genişləndirmək üçün keçən il 51 aqroparkdan 40-da buğda əkilib. Yəqin ki, bu vəsaitin böyük əksəriyyəti o 40 aqroparkın buğda istehsalını genişləndirmək üçün nəzərdə tutub. Bu yolu düzgün hesab etmirəm. Azərbaycan hökuməti ərzaq buğdası əkən hər bir fermerə dəstək göstərməlidir. Vəsaiti ədalətli şəkildə bölmək lazımdır. Bu aqroparklar hökumət tərəfindən maliyyələşdirilir deyə onlardan kənardakı məhsuldarlığa fikir verən yoxdur. Azərbaycan hökuməti bütün ərzaq istehsalçılarını bərabər şəkildə dəstəkləməlidir. Hesab edirəm ki, ögey münasibət bəslənməməlidir. Əks təqdirdə, gələn il də eyni problemlə rastlaşacağıq və bu maliyyələşmənin xeyiri olmayacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.