“NaxTel”in mərkəzi ofisində yoxlamalar başladı - Daha Bakının qulağından kənarda məxfi danışıqlara son qoyulacaq

15-11-2022, 14:31           
“NaxTel”in mərkəzi ofisində yoxlamalar başladı -
Naxçıvanın məxvi telefon rabitəsi var – “NaxTel” Nömrəsi 060-la başlayır. Beynəlxalq çıxışı olmayan rabitə xidmətidir. İşə bax ki, Naxçıvanda çox adam bu “NaxTel”in nömrələrindən istifadə edir.
Muxtar Respublikada yoxlamalar başlayanda “Xan” sarayından bütün dövlət məmurlarına təxirəsalınmaz göstərişlər verilmişdi: Yoxlamalar bitənədək hər kəs 060-la danışsın.
Görünür, “NaxTel”in beynəlxalq çıxışı olmadığından onun paytaxt tərəfindən izlənilməsinin mümkünsüzlüyünə inanırdılar.
“Qara Pişik”dən aldığımız məlumata görə, müfəttişlər bu gün “NaxTel”in mərkəzi ofisinə təşrif buyurublar.
Qurumu təpədən dırnağa yoxlamağa qərar veriblər. Görünür, bundan sonra paytaxtın qulağından kənarda məxfi danışıqlara son qoyulacaq.
Heydər Oğuz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru