“Mövzu ciddidir və narahatlığın qarşısı qısa müddətdə alınmalıdır” - DƏRMAN NİYƏ YOXDUR?

7-12-2022, 20:37           
“Mövzu ciddidir və narahatlığın qarşısı qısa müddətdə alınmalıdır” - DƏRMAN NİYƏ YOXDUR?
“Azərbaycanda dərman bazarı idxaldan çox ciddi şəkildə asılıdır. Ölkədə bir sıra dərman preparatları məlhəm və cövhərlər şəkilində istehsal olunur”.
TEREF.AZ bildirir ki, bu sözləri "Sherg.az"a tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla bazarda dərmanların qəhətə çəkilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müasir dərman formalarının əksəriyyətini idxal edirik:

“Bunun böyük hissəsi Rusiya, Ukrayna və Belarusun payına düşürdü.Təəssüflər olsun ki, müharibəyə görə Ukraynanın əczaçılıq infrastrukturu tamamilə dağıdılıb. İndi həmin ölkənin özü humanitar yardım hesabına yaşayır. Rusiyada da şərait eyni olduğundan bu problem mövcudur. Azərbaycanda yaranan dərman qıtlığı Rusiya və Ukrayna istehsalı olan dərmanların yoxa cıxmasıyla bağlıdır. Müharibənin sonu hələ ki görünmür, yaxın vaxtlarda da problemin bərpa olunması mümkün deyil”.

Həkim hesab edir ki, qardaş Türkiyədən dərman idxalını həyta keçirmək çox münasib olar:
“Qardaş ölkədə dərmanların həm qiyməti, həm də keyfiyyəti bizə münasibdir. Dərman istehsal etmək problemin aradan qalxmasına yol aça bilər. Məsələ ilə bağlı müvafiq qurumlar ciddi şəkildə düşünməlidirlər.Dərman bazarında olan azalma nəinki ki əhalinin ümümi vəziyyətinə, xəstəxana şəraitində müalicə alan şəxslərə də problem yaradır. Həkimlər məlum olan müalicə protokollarına aid dərmanları tapa bilmirlər. Mövzu ciddidir və narahatlığın qarşısı qısa müddətdə alınmalıdır”.

Qeyd edək ki, son günlər Azərbaycanın dərman bazarında qıtlıq yaranıb.Buna dair Milli Məclisin plenar iclaslarında millət vəkilləri də narahatlıq dolu çıxışlar ediblər. Məsələn, millət vəkili, tanınmış həkim Rəşad Mahmudov qeyd edib ki,
dərman qıtlğı, xəstələrin düşdüyü vəziyyət bu işə ciddi yanaşmağı labüd edir:
"Burda əsas 3 səbəb var. Birincisi, beynəlxalq səbəblərdir. Yəni, pandemiyanın dünyanı ağuşuna alması səbəbilə dərman qıtlığı yaranıb. İkincisi səbəb Rusiya-Ukrayna müharibəsi, üçüncüsü isə ölkədaxili məsələdir, yəni, çevik reaksiya verən tənzimlənmə prosesinin qurulmamasıdır".
Məlumat üçün bildirək ki, problemin ciddiliyinə rəğmən bir müddətdir ki, məsələ həllini tapmır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.