Məhəmmədəli Qəribli: Dövlətdən maaş alan bu adam niyə günün böyük hissəsini öz iş yerində deyil, “Günaydın”da keçirməlidir?

14-12-2022, 12:35           
Məhəmmədəli Qəribli:
Düz bir həftədir Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla əlaqə yarada bilmirəm. Daim işlətdiyi iki mobil nömrəsini elə rejimə qoyub ki, nə vaxt zəng edirsən məşğul göstərir.
Nümayındəlikdən isə “Bəxtiyar müəllim yerində yoxdur” , cavabından başqa nəsə eşitmək mümkün deyil. Şou bizneslə yaxın əlaqəsi olan bir dostum deyir ki, Bəxtiyarın şəhərin ən bahalı restoranı olan “Günaydın”da rezerv masası var. Orada ondan başqa kimsə otura bilməz. Elə gün olur ki, iki dəfə orada yemək yeyir.
Bəxtiyar Əsgərovdan nəsə xahiş etmək fikirim yoxdur. Keçmiş xanım işçisinin onunla bağlı səsləndirdiyi sərt ittihamlara mövqeyini öyrənmək istəyirəm. Dövlətdən maaş alan bu adam niyə günün böyük hissəsini öz iş yerində deyil, “Günaydın”da keçirməlidir? indi gedib onu restoranda tapıb münasibət öyrənməliyik?
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.