Naxçıvanın Ədliyyə naziri niyə kabinetdən çıxmır?

15-12-2022, 10:35           
Naxçıvanın Ədliyyə naziri niyə kabinetdən çıxmır?
Həftəbecər paşa kabinet generalına çevrilib
Naxçıvanın Ədliyyə naziri general Daşqın Rəhimov adətini dəyişib.
Qara Pişiyin dediyinə görə, o, əvvəllər kabinetə çox girməz, açıq havada gəzməyə üstünlük verərdi. İndi isə Vasif "xan"ın Bakıda yağlı əppək olub ərşə çəkilməsindən sonra Daşqın paşa kabinetindən çölə çıxmır. Hər gün işə gəlib kabinetinə keçir və bir də iş vaxtı bitəndə otağından çıxıb evə gedir.
Qara Pişik həftəbecər paşanın kabinetində niyə inzivaya çəkildiyinin dəqiq səbəbini bilmir. Sadəcə təxmin edir ki, canına üşütmə düşüb. Amma onu da bilmir ki, üşütmə Naxçıvanda havaların soyuq keçməsindənmı, yoxsa Daşqın paşanın qripə yaxalanıb qızdırmasındanmı qaynaqlanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.