Sevgi Uşaq sığınacaqı ittiham edildi - VİDEO
19-12-2022, 16:31

Teref.az yazır ki, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə Sevgi Uşaq Sığınacağı adlı uşaq təçkilatını ittiham edib. Teref.az olaraq ittihamları oxuculara təqdim edirik:
Hörmətli #mətbuat nümayəndələri!
Neçə vaxtdır qapadılması barədə qərar verilən,hələ də istintaq gedən(məndə olan məlumata görə istintaq hələ davam edir)
Hər gün onlarla sosial şəbəkə izləyiciləri Sevgi Uşaq Sığınacağı adı ilə instaqramda paylaşımları olan Könül adlı xanımın davranışı,uşaqlara olan münasibəti ilə bağlı müraciətlər olur. Neçə dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nə istiqamətləndirmişəm, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini ilə bu barədə danışıqlarımız olub, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə danışdığımda da bir söz deyilib:" Kəmalə xanım, istintaq gedir,gözləyirik!"
Əzizlərim, gözləyirik??? "Totu" ləqəbli uşaq isə ÖLÜR!!! 2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib,deyib soruşdunuz? Ümumiyyətlə qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür!!! Amma mən faktlara əsaslana bilərəm! Hal hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür!!! Hörmətli dövlət qurumları!!! Yalvarıram sizə,qurtarın bu uşağı!!! Ölür uşaq... Sosial Xidmətlər Agentliyi gedin qiymətləndirmə aparın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi uşağı tam müayinəyə götürün, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yardım edin!!! Bakı şəhər Baş Polis İdarəsi/Baku City Main Police Department uşağın o qadının əlindən alınmasında həlli yolunu tapın!!! Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə qaydasında bu qadının fəaliyyətini məhdudlaşdırın!
P.S. bilirəm ki, əks tərəf hücuma keçəcək,mən qorxmuram!!! Bir uşaq xilas olacaqsa bütün zərbələrinizə hazıram!!!
https://www.instagram.com/reel/CmOgRdpJSPM/?igshid=ZmVmZTY5ZGE=
bu səhifəyə cahil də baxsa nə daş verdiyini anlayacaq...
(15.30 da mənə müstəntiq bildirdi ki, istintaq 14 noyabr 2022-ci il tarixdə yekunlaşaraq Sabunçu rayon Məhkəməsinə göndərilib.)