Barbados Kamberbetçin ailəsindən təzminat tələb edə bilər

1-01-2023, 10:50           
Barbados Kamberbetçin ailəsindən təzminat tələb edə bilər
Barbados hakimiyyəti keçmişdə adada kölələri olan britaniyalılardan təzminat tələb edə bilər. Onların arasında aktyor Benedikt Kamberbetçin ailəsi də var.

Məlumata görə, aktyorun yeddinci nəsildə ulu babası 1728-ci ildə adanın şimalında 250 köləsi olan Kliland plantasiyasını alıb.

Britaniya yüz ildən bir qədər sonra köləliyi ləğv edənə qədər ailə buraya sahib olub.

Plantasiya məşhurun əcdadlarına kiçik bir sərvət qazandırıb. 1833-cü ildə Britaniya İmperiyasının əksər hissəsində köləlik ləğv edildikdən sonra ailə plantasiya üçün bir neçə min funt sterlinq alıb.

Qeyd edək ki, 46 yaşlı aktyorun özü də keçmişdə ailəsinin tarixinin bu səhifəsinə görə üzr istəyib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru