Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda vətəndaşlarla görüş keçirib.
5-01-2023, 08:36
Bu gün Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda vətəndaşlarla görüş keçirib. Görüşdə rayonun icra başcısı Elşad Məmmədov və "camış qəssabı" ləqəbi ilə məşhur olan polis rəisi Əli Nəbiyev da iştirak edib. Qara Pişiyin iddiasına görə, səlahiyyətli nümayəndə rayon rəhbərini və polis şefini iclasda hər kəsin gözü qarşısında yaxşıca danlayıb. Görünür, Prezident onun qulağına öz uzun illərə söykənən təcrübəsini pıçıldayıb. Deyib ki, Vasif Talıbov kimi, onun komandasının da yanacağı danlaqdır. Danlaq nə qədər bol olarsa, Naxçıvan hakimiyyəti öz işinə bir o qədər məsuliyyətli yanaşar. Odur ki, bu zümrənin danlağını bol etsən yaxşıdır. Heydər Oğuz Teref.az