Hökumətin son addımları vətəndaşın BÜKÜLƏN DİZİNİ QALDIRA BİLƏCƏKMİ? - ekspert İZAH EDİR

6-01-2023, 16:35           
Hökumətin son addımları vətəndaşın BÜKÜLƏN DİZİNİ QALDIRA BİLƏCƏKMİ? - ekspert İZAH EDİR
- Azərbaycanda pensiya kapitalında 40 min manat olmayanlar əmək pensiyası ala bilməyəcək. Əmək pensiyası almaq istəyən vətəndaşlar azı 39 illik staja sahib olmalıdır.
- Ötən ildən vəd edilən pensiyaların indeksasiyası da artıma səbəb olmayacaq. İndeksasiyadan sonra da pensiyalar 280 manat olacaq.
- Pensiya artımları 100 min vətəndaşa şamil ediləcək. Digər pensiya alanların pensiyası artmayacaq.
- Zənn etməyin ki, minimum əmək haqqı 345 manat müəyyən edilibsə, siz elə tam olaraq hər ay həmin məbləği ala biləcəksiniz. 2022-ci ildə 300 manat minimum əmək haqqı alanlar 282 manat, yəni 18 manat az əmək haqqını nağdlaşdıra bilirdi. 345 manatlıq mimimum həddə isə 22 manat vergi tutulacaq və siz faktiki 323 manat vəsait ala biləcəksiniz.
- Mimimum əmək haqqının artırılması nəticəsində işəgötürənlərin (özəl sektorun) vergi yükü artacaq. Bakı və regionlar üzrə 90 faizdən 75 faizə qədər yük yaranacaq. Nəticədə sahibkar daha çox vergi ödəyəcək.
- Dünən rəsmən açıqlandı ki, minimum əmək haqqının artırılması 450 min büdcə işçisi olan vətəndaşa şamil olunacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, ölkədə işləyən 900 min nəfərlik büdcə təşkilatı işçisinin yarısı ayda cəmi 345 manat əmək haqqına möhtac durumdadır. Yəni yoxsuldur.
Razi Abasbəyli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.