Pensiyaçılar üçün əndrabadi qanun...- İqtisadçı şərh edir

7-01-2023, 09:18           
Pensiyaçılar üçün əndrabadi qanun...- İqtisadçı şərh edir
Məmləkətdə qanunlar o qədər eybəcər yazılıb ki, minimum əmək haqqı və minimum təqaüd artırılanda buna sevinənlər az, problemləri yarananlar daha çox olur.
Bəlkə də 10 ildir ki, müxtəlif ictimai çıxışlarımızda minimum əmək haqqının VÖEN-lə çalışanların sosial vergilərinə (bəli, bu da vergi növüdür) bağlılığının aradan qaldırılmasını, qanunlara 1 cümləlik dəyişiklik edilməsini təklif etmişik – dinləmirlər, nəticədə minimum əmək haqqı artan kimi VÖEN-lə çalışanların, yəni, məntiqlə istənilən ölkədə əsl sabitliyin dayağı ola biləcək kiçik və orta sahibkarların ödənişləri də artır.
Minimum təqaüd artan kimi tələb olunan pensiya kapitalının həcmi də artır – qanunvericiliyə görə yığım kapitalı minimum təqaüdün 144 dəfəsi qədər olur, yəni, dünənki qərardan sonra yığım kapitalı 40 min 320 manat qalxır, dünın qədər isə bu 34 min 560 manat idi.
Yaxşı, bu qayda dəyişməsə, minimum təqaüd hər il 10-15% artsa (280 manat çox aşağı rəqəamdir, əslində artmalıdır), məsələn, 3-5 ilə 500 manata qalxsa, o zaman pensiya kapitalının minimum həddi 72 min olacaq, yaxşı, bu həddə çatmaq üçün nə qədər, neçə il işləmək lazımdır ki, normal təqaüd alasan?!
Bir daha:
1) Minimum əmək haqqının VÖEN-lə çalışanların DSMF-yə ödənişləri arasında bağlantı qanundan çıxarılmalıdır,
2) Minimum təqaüdün yığım kaitalı arasında olan formul yığışdırılmalıdır.
Natiq CXəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru