Saxta dərmanlkar apteklərimizə yoil tapıb VİDEO

8-01-2023, 11:55           
Saxta dərmanlkar apteklərimizə yoil tapıb VİDEO
Apteklərdə "Ozempik" dərman preparatının saxtasının satıldığı müəyyən edilib.

Teref.az xezerxeber.az-a istinadla xəbər verir ki, Danimarka dərman istehsalçısı "Novo Nordisk" şirkətinin Azərbaycan nümayəndəliyi səhiyyə işçilərinə və əhaliyə müraciət edib. Müraciətdə deyilir ki, "Ozempik" preparatına tələbatın yüksək olması ilə əlaqədar olaraq, "Ozempik" 0,5 mq və 1 mq preparatının çoxsaylı saxtalaşdırılma hallarının meydana çıxması müşahidə olunur.

Nümayəndəlikdən bildirilib ki, hazırda Qazaxıstan, Rusiya, Azərbaycan və Özbəkistanda saxtalaşdırılma halları qeydə alınıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, nümayəndəlik preparatın istifadəçilərini diqqətli olmağa çağırıb. Xüsusilə preparatı aptekdən əldə edərkən bəzi nüanslara xüsusi diqqət etsinlər. Saxta məhsullar aşkar edildikdə, bu barədə şirkətin elektron ünvanına məlumat verilməsi xahiş edilir.

Qeyd edək ki, sözügedən dərman preparatları əsasən şəkərli diabet xəstələrinin müalicəsində istifadə olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru