Deputatlardan töhmət alan müəllimə dəstək: "Yanındayıq"

9-01-2023, 10:13           
Deputatlardan töhmət alan müəllimə dəstək:
Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev İmişli rayon Aranlı kənd məktəbinin müəllimi Leyla xanıma dəstəyini ifadə edib.

Cebhe.info-ya bu barədə partiyadan məlumat verilib. Bildirilib ki, müəllimlə əlaqə saxlanılıb və lazımi kömək göstəriləcəyi bildirilib. Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev bu məsələni diqqətdə saxladığını və problemin aradan qaldırılması üçün müvafiq qurumlara müraciət edəcəyini deyib.

Xatırladaq ki, Leyla müəllim bir neçə gün öncə sosial şəbəkədə məktəbdə tualet bərbad olduğundan azyaşlı uşaqların əziyyət çəkməsi və bu səbəbdən də onların məktəbə gəlməməsi ilə bağlı video paylaşmışdı:

"Leyla müəllim bu yolla çox vacib bir problemi ictimailəşdirib. Müəllimə bu cəsarətli çıxışına görə təşəkkür edirik. Müəllimə verilən töhməti doğru hesab etmirik və nə lazımdırsa, dəstək olacağıq".

Xatırladaq ki, başqa bir deputat -Fazil Mustafa da müəllimə dəstəyini ifadə edib. Bildirib ki, müəllim məsələni məhkəmədə mübahisələndirəcəyi təqdirdə şəxsi vəsaiti hesabına ona dəstək verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.