Əmək kitabçasında işlədiyi vəzifənin (peşənin) adı düz yazılmayanda nə olur?
9-01-2023, 09:18
· Hər bir işçi çalışmalıdır ki, Əmək müqaviləsində və buna müvafiq olaraq Əmək kitabçasında işlədiyi vəzifənin (peşənin) adı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yazılsın, əks halda həm əmək münasibətlərində olduğu dövrdə, həm də gələcəkdə bir çox əmək və ya sosial hüquqlarını itirmiş olacaq. Praktika göstərir ki, bu vəziyyət ilk görünüşdə çox sadə görünsədə, bütün hallarda işçilərin əmək və sosial hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, bir çox müəssisələrdə, xüsusən də xarici və birgə müəssisələrdə Əmək müqaviləsində və müvafiq olaraq Əmək kitabçalarında işçilərin vəzifə (peşə) adları yerli qanunvericiliyə uyğun yazılmır. Bu zaman daha çox xarici ölkələrdə işlənən vəzifə (peşə) adları qeyd olunur ki, bu da işçilərin həm əmək münasibətlərində olduqları dövrdə, həm də sonradan aşağıdakı hüquqlarının pozulması ilə nəticələnir: Güzəştli şərtlərlə əlavə məzuniyyət hüququnun, qısaldılmış iş vaxtı hüququ, zərərli iş şəraiti ilə əlaqədar əlavə əmək haqqı almaq hüququ, xüsusən də güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ və sair. Azər Quliyev. Teref.az