Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO

28-01-2023, 12:34           
Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
“Salt bae” hərəkəti ilə bütün dünyada məşhurlaşan türkiyəli aşpaz Nusret Gökçe altı ay əvvəl açdığı “Kappiciiinoo” adlı qəhvə restoranının indiyədək əldə etdiyi qazancının 50 faizini kimsəsiz uşaqlara bağışlayıb.

Özünəməxsus duz səpmək hərəkəti ilə məşhurlaşan aşpaz bu barədə məlumatı öz “Instagram” hesabında paylaşıb.

Aşpazın keçirdiyi yardım kampaniyasında Türkiyənin ailə işləri və sosial xidmətlər naziri Derya Yanık da iştirak edib.

Nusretin bu addımı sosial şəbəkədə rəğbətlə qarşılanıb. Qeyd edək ki, “Kappiciiinoo” İstanbulun Nişantaşı səmtində yerləşir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru