ABŞ ölkəyə idxal edilən 1 kiloqramlıq qızıl külçələrinə qarşı rüsumlar tətbiq etdi

Bu gün, 10:27           
ABŞ ölkəyə idxal edilən 1 kiloqramlıq qızıl külçələrinə qarşı rüsumlar tətbiq etdi
ABŞ-yə ixrac edilən çəkisi 1 kq olan qızıl külçələrə qarşı yeni rüsumlar tətbiq edilib.

Bu barədə "Financial Times" qəzeti xəbər verir.

Bildirilir ki, bu, dünyanın ən böyük qızıl emalı mərkəzi sayılan İsveçrəyə zərbə ola bilər.

Məlumata görə, ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin 31 iyul tarixli əmrinə əsasən, ölkəyə ixrac üçün nəzərdə tutulan çəkisi 1 kq və 100 unsiya olan qızıl külçələrinə qarşı gömrük rüsumları tətbiq edilməlidir.

Nəşr xatırladır ki, 1 kq külçələr dünyanın ən böyük qızıl füçers bazarı olan "Comex"də ən çox yayılmış ticarət formasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru