“Bura Naxçıvandır. Naxçıvanın bir prezidenti var - Vasif Talıbov. “Xan” nə desə o olur”.

3-02-2023, 13:45           
“Bura Naxçıvandır. Naxçıvanın bir prezidenti var -
Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzinin işçisi yazır: “36 ayda mənə 3 dəfə korona pulu yazıblar: birində 540, birində 233, birində də 150 manat”.
Halbuki, Prezident İlham Əliyevin 2020-ci il 18 mart tarixli sərəncamına əsasən, “COVID-19” infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdi.
Bu sərəncamdan sonra Nazirlər Kabineti maaşlara əlavənin məbləğini aşağıdakı kimi müəyyənləşdirmişdi:
https://president.az/az/articles/view/36210
https://cabmin.gov.az/az/document/4349/
- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
İddialara görə, Naxçıvan Səhiyyə Nazirliyinin maaş əlavələrini tələb edən tibb işçilərinə cavabı isə belə olub: “Bura Naxçıvandır. Naxçıvanın bir prezidenti var - Vasif Talıbov. “Xan” nə desə o olur”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.