Prezident Administrasiyası da Beyləqanın icra başçısı ilə bağlı araşdırmalara başladı...
23-02-2023, 16:52

Respublika Baş prokurorluğu tərəfindən Beyləqan rayon icra hakimiyyətinin başçısı və ayrı-ayrı vəzifəli şəxslərinin bir sıra qanunsuz əməlləri və korrupsiya hüquqpozmaları barədə ötən ilin ortalarından başlayan cinayət işinin istintaqı KQMBİ-də davam edir. Hələ o vaxtdı icra başçısının və korrupsioner ortaqlarının barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında KQMBİ tərəfindən açılmış cinayət işi ilə bağlı ictimaiyyətə geniş bilgilər vermişik. Qeyd edim ki, icra başçısına və korrupsioner ortaqlarına qarşı cinayət işi mənim şəxsən Baş prokuror Kamran Əliyevə təqdim etdiyim ərizəm əsasında baş verib. Bunu ona görə vurğulayıram ki, məhz bu səbəblərə görə də icra başçısı hər vəchlə çalışır ki, hansı yolla olursa olsun bunun heyifini məndə qoymasın, alsın. Əslində bunu normal qarşılayıram. Çünki o boyda icra başçısının yaxasını Baş prokurorun əlinə vermişəm. Təbii ki, mənə pislik etməyə, hətta belə şərlədib həbs etdirməyi də qarşısına məqsəd qoyan bilər. Əlbəttə ki, maksimum dərəcədə mən də özümü qorumalıyam. Necə ki, qoruyuram da.
Düzü, məni narahat edən bu məsələ deyil. Məni narahat edən məsələ ondan ibarətdir ki, ötən ilin ortalarından başlayan cinayət işinin hələ də indiyə qədər niyə yubadılmasıdır. Artıq ölkənin istintaq təqibi orqanı fakta görə icra hakimiyyətinə və aparatın ayrı-ayrı vəzifəli şəxsləri barəsində əsaslı şübhələr müəyyən edərək, barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi açaraq KQMBİ-nin İstintaq İdarəsinə göndərib. Artıb bu o deməkdir ki, nə icra başçısı Asif Ağayev, nə də adları cinayət işində(icra başçısının korrupsioner ortaqları)keçən icra hakimiyyətinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində ən azından istintaq müddətində həbs-qətimkan tədbiri seçilməli idi.Amma seçilmədi.Hələ də onlar öz vəzifələrini başında, qanunsuz əməllərini davam etdirməkdədirlər.Qəribəlik ondadır ki, həbs olunan icra başçılarına elan olunan ittiham üzrə maddələrdə məhz Asif Ağayevə və icra hakimiyyətinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində acılmış CM-nın 179.3.2 və 308.3-ci maddələri də yer alsa da və bu maddələrə görə həmin icra başçıları hələ də məhbəsdə cəzalarını çəksələrdə, lakin Asif Ağayev və şəbəkəsi azadlıqda kef çəkirlər?Olmaya, dövlətin güc resursları Asif Ağayevə və büdcə dağıdan şəbəkəsinə humanist yanaşmağa çalışır?Asif Ağayevin başını bu qədər sığallamaq nəyə və kimə gərəkdir?
Mehemmedoglu Ramin
Teref.az