Qarabağ qazisinin bank kartından 100 manat oğurluq edilib -
27-02-2023, 18:39

25 fevral 2023-cü ildə 5103 0714 9601 6789 nömrəli bank kartım saat 12-43-də Nizami rayonu
ərazisindəki 119 saylı poçtun yanında yerləşən “Bravo”da naməlum şəraitdə itib. Bir də 7 saat sonra
kartın itməsi bəlli olub. Anında 102-yə zəng etsəm də, ərazi üzrə 24-cü Polis Şöbəsi heç bir hərəkət
etməyib. Kartdan həmin gün saat 19-40-da “Eviniz” marketində 31.50 manat, saat 19-48-də
Grandmartda 53.49 manat, saat 20-43-də “Bravo”da 13.99 manat, saat 21-09-da “SPAR” marketdə
1.55 manat, toplam 100.53 manat xərclənib. Halbuki bu xərcləmələr sürən müddətdə 102-yə 5 dəfə
zəng edilib və hər birində 102-dən 24-cü PŞ-yə yönləndirilsə də polis oğurluq yerinə gəlməkdən
imtina edib. Polisin vəzifəsini icra etməməsi 1-ci dərəcəli Qarabağ qazisinin bank kartının silinməsinə
gətirib. Çobanzadə küçəsindəki “SPAR” marketində olarkən polis 0556000064 nömrəsindən zəng
edib, marketin çölündə gözlədiyini deyib, amma bəlli olub ki, sadəcə yalan danışır, olay yerinə
gəlməyib. Marketlər isə görüntüləri yalnız polisə təqdim edə biləcəklərini deyiblər. Saat 22-20
radələrində Grandmartın “Xalqlar Dostluğu” metrostansiyasının yanındakı marketində 53.49 manatlıq
çeki çıxartdıranda , inzibatçı görüntüləri yalnız hüquq mühafizə orqanlarına verə biləcəyini dedi. 102-
yə şikayətimə cavab olaraq oğurluq yerinə gəlməkdən imtina edən polis haqqında tədbir görüləcəyi
deyildi. Beləcə, üç gündür 1-ci dərəcəli Qarabağ qazisi kartındakı vəsaitdən açıq oğurluq yolu ilə
məhrum olub, baxan yoxdur.
Məğrur Bədəlsoy
Teref.az