YAP-da TOTAL TƏFTİŞ... - Üzvlərin sayı 30 min azalıb...

28-02-2023, 17:45           
YAP-da TOTAL TƏFTİŞ... - Üzvlərin sayı 30 min azalıb...
eni Azərbaycan Partiyasının sonuncu qurultayından sonra təşkilati işlərdə bir sıra yeniliklər olub.

TEREF.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın rayon-şəhər təşkilatlarında yoxlamalar apartdırıb.

Ümumrespublika üzrə aparılan yoxlamalardan sonra vəfat edən YAP-çıların sayı 30 minə yaxın olduğu üzə çıxıb və onların adları təşkilatın üzv sayı siyahısından çıxarılıb.

YAP İdarə Heyətinin adının çəkilməsini istəməyən üzvlərindən birinin Gununsesi.info-ya verdiyi xəbərə görə, hakim partiyanın rayon-şəhər təşkilatlarında yoxlamalar yenə də davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru