“Allahınızdan qorxun, uşağımı 40 qızdırma ilə qucağımda yola apardım” - ETİRAZ

1-03-2023, 09:09           
“Allahınızdan qorxun, uşağımı 40 qızdırma ilə qucağımda yola apardım” - ETİRAZ
"Mən o gün uşağımı 40 qızdırma ilə çatdıra bilmədim. Qucağıma götürüb, getmişəm magistral yola. Təcili yardım bura girmədi. Allahınızdan qorxun, bu yolu düzəldin!"

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbə sakinləri yollarının bərbad vəziyyət olmasından şikayətlənirlər.

Paytaxtdan təxminən 10-15 km aralıda yerləşən Lökbatan qəsəbəsi Qaradağ rayonunun mərkəzi hesab olunur.

Rəsmi məlumatlara görə, bu qəsəbənin 36 minə yaxın əhalisi var.

Qəsəbənin 1-ci və 2-ci massivində yaşayan sakinlər BBC-yə deyirlər ki, onlar öz hesabılarına yol çəkməkdən təngə gəliblər.

Azərbaycanda yolların təmiri və çəkilişini aparan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BBC-yə deyirlər ki, Bakıda yerli rayon icra hakimiyyətləri təmirə daha çox ehtiyacı olan küçələrin siyahısını agentliyə təqdim edirlər, ya da qurum özü Bakının rayonlarına ayrılan vəsait üzrə təmirə etiyacı olan küçələrin siyahısını tərtib edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru