Azərbaycanda 21 il əvvəl ölən adamın adına cərimə gəldi - FOTOLAR

1-03-2023, 12:10           
Azərbaycanda 21 il əvvəl ölən adamın adına cərimə gəldi - FOTOLAR
Azərbaycanda 21 il əvvəl ölən adamın adına cərimə protokolu tərtib olunub.
"Unikal"ın məlumatına görə, 20-BO-232 dövlət qeydiyyat nişanlı "VAZ-21063" markalı avtomobil texniki baxışdan keçirilmədiyinə görə kamera vasitəsilə 50 manat məbləğində cərimə olunub. Cərimə protokolu 2022-ci ildə dünyasını dəyişən Namazov Oktay Muxtar oğlunun adına göndərilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Unikal"a açıqlamasında bildirib ki, 20-BO-232 dövlət qeydiyyat nişanlı avtomobil texniki baxış müddəti bitdiyi üçün xüsusi texniki vasitə tərəfindən avtomatik olaraq cərimələnib. Hal üzrə araşdırma aparılıb və məlum olub ki avtomobil idarə edən şəxsin etibarnamə müddəti bitdiyindən avtomatik cərimə avtomobil sahibinə yönləndirilib. Hazırda avtomobilin yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru