Bakı İnzibati Məhkəməsi (h. Orxan Həsənov) şikayəti apellyasiya instansiyasına göndərmir - Görəsən NİYƏ?
2-03-2023, 17:45

Məhkəmə hakimiyyətinin qeyri-prosessual qaydaları qüvvədədir
Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun cavabdehlərlə qeyri-prosessual münasibətə
girərək məhkəmə təminatı hüququma qadağa qoymasından, Azərbaycan Respublikasının
Konstitusiyasını, Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 saylı “ İnzibati məhkəmə icraatında
iddianın mümkünlüyünə dair” Qərarını Şəki İnzibati-İqtisadi Məhkəməsinin qəbul edilməyən saxta
15.02.2019 tarixli iddianın mümkün sayılmaması haqqında qərardadından aşağıda tutmasından
media informasiya yayıb. Məhkəmənin Şəki “dövləti” adından çıxardığı qərardadını 10 aylıq
süründürməçilikdən sonra çıxarması bir yana, qəbul etdiyi qərarını ən geci 5 günə verməli olduğu
halda, 53 gündən sonra çoxsaylı şikayətlərdən sonra verməsi o biri yana, indi də apellyasiya
hüququna qadağa qoyması bu biri yandan üzə çıxır.
Hakim Orxan Həsənov 12.12.2022 tarixli 2 qərardadını 03.02.2023-cü ildə rəsmi qaydada təqdim
edib. 08.02.2023-cü ildə həm elektron qaydada, həm də poçtla qərardadlardan apellyasiya şikayəti
Bakı İnzibati Məhkəməsinə göndərilib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin
(İPM) 86.3 maddəsinə görə, inzibati məhkəmə şikayətin daxil olduğu vaxtdan beş gün müddətində
həmin şikayəti mübahisə ilə bağlı işin materialları ilə birlikdə müvafiq apellyasiya məhkəməsinə
göndərir. Lakin Orxan Həsənov 20 gündən çoxdur İPM-in tələbinə yox, DİN-in keçmiş saxta vəkili və
nümayəndəsi Əlirza Həbilovun qeyri-prosessual tələbinə boyun əyir; hələ də şikayəti apellyasiya
instansiyasına göndərməkdən imtina edir. Bağlantılı dövlət orqanlarına şikayətlər də sonuc vermir.
Hakim Orxan Həsənov 20 gün qabağa -08.02.2023-cü il tarixə imzaladığı, 01.03.2023-cü il tarixli
sifarişli məktubla 12.12.2022 tarixli qərardadların verildiyini və apellyasiya hüququnun olduğunu
bildirib . Halbuki, vurğuladığımız kimi, apellyasiya şikayəti elə hakimin bilərəkdən köhnə tarixə
imzaladığı 08.02.2023-cü ildə verilib. Niyə məhkəmə , şikayəti apellyasiya instansiyası məhkəməsinə
göndərmir?
Ümid edirik ki, Məhkəmə-Hüquq Şurası hakim Orxan Həsənovun suala cavab verməsini və şikayəti
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərməsini təmin etməkdə çətinlik çəkməz.
Məğrur Bədəlsoy