Ümidlər 1-ci vitse-prezidentədir , onun tapşırığına isə məsləhətçilər “yox” deyir

3-03-2023, 16:19           
Ümidlər 1-ci vitse-prezidentədir , onun tapşırığına isə məsləhətçilər “yox” deyir
Ədliyyə Nazirliyi , Yol polisi , Sosial Xidmətlər Agentliyindən dövlətin 1-ci şəxslərinə sayğısızlıq...
Əli hər yerdən üzülən əlilliyi olan şəxslərin, eləcə də digər ( dəstəyə ehtiyacı olan ) şəxslərin son ümid
yerinin dövlətin 1-ci şəxslərinin, özəlliklə, 1-ci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti,
xanım Mehriban Əliyeva olması müraciətlərə operativ reaksiya verməsindən qaynaqlanır. 1-ci vitse-
prezidentin katibliyinin işi elə yüksək səviyyədə qurulub ki, vətəndaşlar anında qəbul edilir və konkret
addımlar atılır. Nə yazıq Prezident Administrasiyasının qəbul şöbəsi haqqında bunu demək mümkün
deyil. Təsəvvür edin, Prezidentə müraciət etmək, Prezident Administrasiyasına məktub vermək pullu
xidmətlər zərfinə daxil edilib. Müraciətləri PA-da qəbul etməkdən imtina edirlər ki, ödəniş
qarşılığında poçtla göndərilməlidir. Eləsi olur ki , heç məktub göndərməyə pulu da olmur, neyləsin?
Axı bu tələb Konstitusiyaya qarşıdır.
1-ci vitse-prezidentin katibliyinin işi nə qədər ürəkaçan olsa da, katiblikdən aidiyyatı üzrə göndərilən
müraciətlərə baxılmasının nəticələri bir o qədər də ürəkaçan olmur. Təsəvvür edin, 1-ci vitse-
prezidentdən məhkəmə qərarının icrasının təmin edilməsi haqqında müraciətə hansısa məsləhətçi
səviyyəsində cavab verilir. “ Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası
Qanununun tələbinə görə isə yuxarı dövlət orqanlarından aidiyyatı üzrə göndərilən müraciətlərə
qurumun rəhbəri cavab verməlidir. 1-ci vitse-prezidentdən Ədliyyə Nazirliyinə göndərilən müraciətə
isə 17.01.2023-cü ildə icra baş idarəsinin böyük məsləhətçisi Mirnağı Seyidov, 01.02.2023-cü ildə
isə məsləhətçi Anar Qurbanov bir cümləlik saymazyana “yox” cavabı veriblər : “Məhkəmə qərarının
icrası ilə bağlı 1-ci vitse-prezidentdən Ədliyyə Nazirliyinə daxil olmuş müraciətə baxılarkən məlum
olmuşdur ki, eyni məzmunlu əvvəlki müraciətlərinizə baxılaraq müvafiq cavab verilmişdir.”. Təbiidir
ki, 1-ci vitse-prezidentə belə sayğısızlıqla məhkəmə qərarlarının onlarla illərdir icra olunmamasındakı
özbaşınalığa, korrupsiya faktına son qoymaq mümkünsüzdür. Özbaşınalığa baxın ki, ədliyyə naziri bir
yana, heç icra baş idarəsinin rəisinin özü də 1-ci vitse-prezidentdən daxil olan müraciətə cavab
verməyi “şərəfinə sığışdırmır”. Belədə hansı hüquqdan, məhkəmə təminatından, mənzil təminatı
hüququndan danışmaq olar?
ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov da artıq neçənci yoldur ki, ali
dövlət hakimiyyəti orqanlarından, 1-ci vitse-prezidentdən daxil olan müraciətlərə , əlil və şəhid
ailələrinə tikilən evin rüşvətlə ayrı-seçkilik edərək gizlin bölünməsi, villaları olanlara, hətta keçmiş -
indiki deputatlara, məcburi köçkünlərə əlil evlərindən mənzil ayrılması , qazilərin müalicə olunmaq
hüququna qadağa qoyulması özbaşınalığına cavab verməyi “şəninə sığışdırmır”. Bu missiyanı müavini
Zaur İbrahimova həvalə edən Vüqar Behbudov unudur ki, 1-ci şəxslərdən daxil olan müraciətlərə
sayğısızlıq göstərilməsi sonda sayğısızlıqla görəvindən ayrılması ilə sonuclana bilər. Özbaşınalıq o
həddədir ki, SXA 20.06.2016 tarixli dövlətin adından çıxarılan məhkəmə qərarını icra etməkdən
imtina edir ki, məhkəmə qərarından 7 il qabaq - 2009-cu ildə icra olunub. Belə hüquqla nəinki 7 ildən
sonra, heç 17 ildən sonra da dövlətin adından çıxarılan məhkəmə qərarının icrası təmin
olunmayacaq. Bakı İnzibati Məhkəməsinin də İPM-in 116.-120 maddələrinin tələblərinə uyğun olaraq
icranı təmin etməyə borclu olduğu halda, heç tələbkarın ərizələrinə belə baxmaması, 1-ci vitse-
prezidentdən, Ali Məhkəmədən, MM rəhbərliyindən daxil olan müraciətlərə məhəl qoymaması
məhkəmə hüquq sisteminin yarıtmazlığını ortaya qoyur. MM-dən söz düşmüşkən, 2019-cu ilin
oktyabrın 17-də vitse-spiker Valeh Ələsgərov ƏƏSM naziri Sahil Babayevlə telefonla danışıb və elə
həmin gün DSMF-dən Rövizə Behbudova çağırıb Qarabağ qazisi ailəsinin ərizəsini alıb ki, Nizami
rayonunda tikilən evdən ailə tərkibinə uyğun üçotaqlı mənzil ayrılacaq. Bundan qabaq DSMF-in sədri
Himalay Məmişov iki əlil – elmi işçisi olan ailəni qəbul edib və məhkəmə qərarının icrasının Nizami
rayonunda tikilən evdən mənzil almağa yönəltmək üçün nəzarətinə götürüb . Lakin Vüqar Behbudov
nə DSMF sədrinin, nə nazirin tapşırığına əməl edib. 4 il qabaq Rövizə Behbudovanı önə verən Vüqar
Behbudov, indi Agentlik sədri kimi dövlətin 1-ci şəxslərinə qanunsuz cavab vermək səlahiyyətini
müavini Zaur İbrahimova tapşırıb.
Baş Dövlət Yol Polisi İdarəsinin 72 yaşlı rəisi Ramiz Zeynalov da 1-ci vitse-prezidentdən daxil olan
müraciətə cavab verməyi müavini Kamran Əliyevə həvalə edib. Təbii ki, o da 1-ci vitse-prezidentə
hörmətsizliyini sürdürür ki nəinki 001, hətta 077, 777 nömrələri də anında satılıb. 1-ci vitse-
prezident 1-ci dərəcəli Qarabağ qazisinin istədiyi 1 nömrəli avtomobil nömrəsini seçmək hüququna
sayğı ilə yanaşmağı tapşırır, Baş DYP İdarəsi isə 1-ci vitse-prezidentə də, əlil- istehlakçı hüquqlarına da
sayğısızlıq göstərir.
Hər üç dövlət qurumunun populyar cavabı “it ilində müraciətə cavab verilmişdir” olur. Belə cavablarla
“xiyarın düz bitməsi” yalnız “dəvənin beli düzələndə” mümkün olar.
1-ci vitse-prezidentin tapşırığına hansısa məsləhətçi səviyyəsində “yox” deyilən ölkədə, əlbəttə,
hüquq yoxa çıxar.
Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.