`LEOBANK`dan dünyada analoqu olmayan bir addım... - ETİRAZ

3-03-2023, 17:44           
`LEOBANK`dan dünyada analoqu olmayan bir addım... - ETİRAZ
Müştəri məmnuniyyəti sıfır olan və daim şikayət edilən Leobank vətəndaşın cari hesabındakı vəsaitdən də vergi tutur.

Tribunainfo.az xəbər verir ki, bu barədə keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli məlumat paylaşıb. İqtisadçı qeyd edib ki, Leobankın vətəndaşın cari hesabındakı vəsaitdən vergi tutması dünyada analoqu olmayan fırıldaqdır:

“Deyəsən, adamlar banklarda pul saxlamaqdan vaz keçəcəklər. Mənim depozitim yoxdur, kartda 700 manatdan bir az artıq pulum var, bu cari hesabdır və depozit hesabı deyil. Depozit hesabdan vətəndaş pul qazanır və vergi tutulmasını haradasa anlamaq olar. Ancaq cari hesabdakı vəsaitdən vergi tutmaq dünyada analoqu olmayan bir addımdır”.

Tribunainfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru