Binalarda “kupça”sız mənzillərin satışı qadağan edilə bilər

4-03-2023, 08:08           
Binalarda “kupça”sız mənzillərin satışı qadağan edilə bilər
Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan (“kupça”sız) çoxmənzilli binalarda mənzillərin satışının qanunla qadağan edilməsi təklif olunur.

Bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Belə ki, sənəddə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması təklif edilir.

Xatırladaq ki, Azərbaycanda, xüsusən də Bakı şəhəri və Abşeron rayonu ərazisində bir çox çoxmənzilli yaşayış binalarındakı mənzillər çıxarışlarla təmin olunmadığından müqavilə əsasında satışa çıxarılır. Həmin mənzillər daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru