Müstəqil mediaya yeni dəstək proqramı

6-03-2023, 00:09           
Müstəqil mediaya yeni dəstək proqramı
“Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 Independent Media) Azərbaycanda müstəqil media kontentinin istehsalına dəstək məqsədilə müsabiqə elan edib.

Proqramın ümumi məqsədi cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən mövzular üzrə yüksək keyfiyyətli, etibarlı və məzmun müxtəlifliyi ilə seçilən kontent istehsalını asanlaşdırmaqdır. Layihə Avropa İttifaqı tərəfindən dəstəklənir.

Müsabiqədə Azərbaycanın müstəqil media qurumları, kontent istehsalı ilə məşğul olan müəssisələr, media və jurnalistika sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və jurnalist qrupları iştirak edə bilərlər.

Müraciət üçün son tarix 2023-cü il mart ayının 26-dır. Müsabiqənin şərtləri ilə daha ətraflı aşağıdakı linkdən tanış ola və doldurulması zəruri olan formaları əldə edə bilərsiniz.
https://docs.google.com/document/d/1ggQXLITp6WYPyHtrz2WA7FazSuGyNIJ0/edit













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru