Alman restoranı ukraynalıları “donuz” adlandırdı - Reaksiya gecikmədi

7-03-2023, 10:53           
Alman restoranı ukraynalıları “donuz” adlandırdı -
Berlində yerləşən alman restoranı “Gasthaus Krombach” iyrənc anti-Ukrayna reklamı ilə qalmaqala səbəb olub.

Bizimyol.info xəbər veri ki, qurumun marketoloqları Ukrayna prezidentini və ukraynalıları “donuz” adlandırıblar. Aydındır ki, bu cür reklamlar Berlindəki ruslara və müharibə tərəfdarı olan almanlara yönəlib.

Məlumat üçün bildirək ki, video TikTok-da paylaşılıb və orada tez bir zamanda şöhrət qazanıb, daha sonra isə silinib. Bununla belə, ukraynalılar reklamı görüb öz rəylərini bildirə biliblər.

“Gasthaus Krombach” restoranının sözügedən reklamında belə yazılıb: "Bu donuzları yedizdirməkdən yoruldum. Balığı bişirmək vaxtıdır". Biabırçı reklama reaksiya çox gecikməyib. Bir gecədə minlərlə ukraynalı reklam və restoranla bağlı paylaşımlar edib, rəylər yazıb etirazlarını bildiriblər.

"İyrənc reklamlar çəkəndə beyninizlə düşünməlisiniz. Deyəsən, beyniniz yoxdur", "Ümid edirəm ki, tezliklə bağlanarsınız", "Bu qədər aşağı əyilmək yalnız sizin səviyyənizdir" , "Müharibənin gülməli olduğunu düşünürlər", "Sən restoransan, politoloq deyilsən", "Layiq olduğunu al", "Yüz minlərlə ukraynalının aqibətini arzulayıram", "Nə biabırçılıqdır" və s. şərhlər yazılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.