Ölkəyə 2,2 manata gətirilən qızılgül 8-9 manata satılır - AXI NİYƏ?!

8-03-2023, 00:02           
Ölkəyə 2,2 manata gətirilən qızılgül 8-9 manata satılır - AXI NİYƏ?!
Sabah 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Artıq bu gündən gül dükanlarında canlanma müşahidə olunur.
TEREF.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, hədiyyəlik güllər arasında ən çox tələbat qızılgülədir.
Əksər gül dükanlarında qızılgülün bir ədədinin qiyməti 8-9 manata satılır. Bu isə o deməkdir ki, idxal olunan qızılgüllərin gömrük qiymətilə dükanlardakı pərakəndə satış qiyməti arasında 4 dəfə fərq var.
Məlumat üçün qeyd edək ki, açıqlanan rəsmi məlumatlara görə, ötən il Azərbaycana ümumi dəyəri 4 milyon 168 min dollar olan 3 milyon 145 min ədəd təzə qızılgül idxal edilib. Nəticədə ölkəyə gətirilən bir ədəd qızılgülün orta gömrük dəyəri 2,2 manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru