İspaniyada bahalaşan meyvəyə bəzi vətəndaşlar çıxış yolu tapdılar

8-03-2023, 11:35           
İspaniyada bahalaşan meyvəyə bəzi vətəndaşlar çıxış yolu tapdılar
İspaniyada rekord qiymət artımı fonunda tərəvəz və meyvələrin birbaşa tarlalardan kütləvi şəkildə oğurluqlarına başlanıb. Qarət sənaye miqyasında - eyni anda bir neçə ton olduğu üçün fermerlər gecələr torpaqlarında gözətçilik etməyə məcbur olurlar.

Cəmi bir neçə gün ərzində Əndəlüsdə təkcə Huelva əyalətində əksəriyyəti çiyələk olmaqla 3 tondan çox meyvə oğurlanıb. Lakin real itkilərin bundan qat-qat çox ola biləcəyi ehtimal edilir, fermerlər isə asudə vaxtları olmadıqları üçün, həmçinin vəziyyətin dəyişəcəyi ümidi ilə bu barədə danışmırlar.

İspaniya Kiçik Fermerlər İttifaqının baş katibi Manuel Piedra bildirib ki, meyvə və tərəvəzlərin oğurlanması ilə yanaşı, tapdalanmış tinglər və ya zədələnmiş suvarma sistemləri şəklində də ciddi ziyan qeydə alınıb.

Mənbə: Business Insider












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru