Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

21-03-2023, 10:54           
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 3,7 faiz azalıb.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur.

Bildirilir ki, ümumilikdə neft məhsullarının istehsalı sahəsində azalma müşahidə olunur. Cari ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalının ümumi dəyəri 646,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz azalıb.

Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 50,6 faiz, neft koksunun istehsalı 12,8 faiz artıb. Qazoylların (dizel yanacağının) istehsalı 0,6 faiz, ağ neft istehsalı 7,5 faiz, neft bitumu istehsalı 47,1 faiz, mazut istehsalı isə 90,8 faiz azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru