Avropa Rusiya qazı olmadan qışdan necə çıxdı?

22-03-2023, 09:28           
Avropa Rusiya qazı olmadan qışdan necə çıxdı?
Avropa İttifaqında mavi yanacağa tələbat 13% və ya 55 milyard kubmetr azalıb.

Məlumata görə, belə bir həcmlə təxminən 40 milyon evi qızdırmaq mümkündür.

Bildirilir ki, ən çox tələbat Şimali və Şimal-Qərbi Avropa ölkələrində azalıb. Beynəlxalq Enerji Agentliyinin (IEA) ekspertləri avropalıların Rusiyadan gələn qazsız qışı necə keçirdiklərini müəyyən ediblər.

Analitiklər qeyd edirlər ki, tələbin rekord dərəcədə azalması ilə belə, Aİ-nin bu növ yanacağın idxalına xərcləri rekord olaraq qalır.

Ümumilikdə, Aİ bu məqsədlər üçün təxminən 400 milyard dollar xərcləyib ki, bunun da 24%-i Rusiya tərəfinin payına düşüb.
Qeyd olunub ki, Finlandiya təbii qaza olan tələbatı ən çox, yəni 47%, Niderland 22%, Almaniya 15%, İtaliya və Fransanın hər biri 10%, İspaniya isə 4% azaldıb.

Həmçinin, bərpa olunan enerji mənbələri hesabına 11 milyard kubmetr qaza qənaət edilib.

Mənbə: bloknot.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.