Məktəbli qızlara əxlaqsız hərəkətlər etdiyi deyilən müəllim: — "O məsələ səkkizinci sinif şagirdiylə olmuşdu..."

11-06-2016, 17:19           

Adı şagirdlərə qarşı əxlaqsız hərəkətlər etməkdə hallandırılan Qubadlı rayonu Xanlıq kəndi Kərəm Mirzəyev adına 1 saylı tam orta məktəbin direktor müavini Akif Səmədov Ölkə.Az-a danışıb.

Direktor müavini bildirib ki, haqqında yazılanlar həqiqəti əks etdirmir:

"Yazılır ki, guya mən xəstəxanaya düşmüşəm. Belə bir şey olmayıb. O məsələ səkkizinci sinif şagirdiylə baş verib. Qiyməti aşağı olduğundan acıqlandım, sonra da valideyni Ruslan Vəliyevə məlumat verdim. O isə gəlib məktəbdə səs-küy saldı. Sonradan işi Binəqədi rayonu 6-cı polis bölməsi araşdırdı, valideyn əsəbləşdiyini deyərək, üzrxahlıq etdi. Mən də işimin başındayam".

Xatırladaq ki, mətbuatda gedən xəbərlərdə Akif Səmədovun sözügedən məktəbdə yuxarı siniflərin qızlarına qarşı əxlaqsız hərəkətlər etdiyi qeyd edilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru