Mikayıl Cabbarov əmr verdi: Son zənglə bağlı tapşırıq

13-06-2016, 11:23           

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda "Son zəng” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

teref.az xəbər verir ki, əmrin imzalanmasında məqsəd respublikanın ümumtəhsil məktəblərində ənənəvi "Son zəng” tədbirinin mütəşəkkil keçirilməsini təmin etməkdir.

Əmrə əsasən, "Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunacaq.

Əmrdə qeyd olunur ki, "Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilməlidir.

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri "Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri aparıb, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidirlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru