İcra Hakimiyyətindən şikayət: Vətəndaşın pulu mənimsənilib
13-06-2016, 12:01
Cebhe.info xəbər portalının redaksiyasına Yasamal rayon İcra Hakimiyyətinin vətəndaşın pulunun mənimsənilməsilə bağlı şikayət daxil olub. Belə ki, redaksiyamıza daxil olan şikayətdə evi sökülən vətəndşa ödənilməli olan vəsaitin tam olaraq ödənilməməsi bildirilir. Şikayətçi bildirir ki, məhkəməyə müraciət etsə də, 1 saylı İnzibati-İqtisadi Məhkəmə ədalətsiz qərar çıxarıb və İcra Hakimiyyətinin vəsitin bir hissəsini mənimsəməyə yardım edib. Daxil olan şikayətdə həmçinin, vətəndaşın bu qərarla razılaşmadığı və bununla bağlı daha yuxarı inistansiyalara şikayət edəcəkləri bildirilir. Redaksiyamıza daxil olan şikayəti olduğu kimi təqdim edirik: “Bacım Rəşidova Məryamxanım Yaqub qızının Ç.Mustafayev dalan 13, ev 8 ünvanında yerləşən xüsusi mülkü Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 11 iyun 2016-cı il tarixində tamamən sökülüb. Evin sökülməsi ilə bağlı kompensasiya Yasamal rayon İcra Hakimiyyətinin komissiyası tərəfindən düzgün hesablanmayıb. Belə ki, evin sahəsi 57, 95 kv.m. olduğu halda komissiya gəlib evin içindən ölçmələr aparıb. Evin daşının qalınlığı 70 sm olduğu halda komissiya o sahənin pulunu mənimsəmək məqsədi güdüb. Belə ki, dövlətdən alınan sahədə ev tikilərkən evin daşı aldığın sahənin içində tikildiyini, kənarda olmadığını nəzərə alsaq, bizim də evin sahəsi damdan ölçülməli idi. Dövlətin hər kvadratına 1500 manat pul ödədiyini nəzərə alsaq, bizim evin qiyməti 1500 x 57,95= 86 925 manat. Lakin onlar 66 217 manat pul verirlər. Bundan əlavə prezidentin 26.12.2007 ci il tarixli 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən alacağımız 86 925 manatın 20%-i qədər əlavə haqq ödənilməlidir ki, bu da 17 385 manat edir. Bundan başqa "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanununun 66.4.6-cı maddəsinə əsasən 10 ildən artıq yaşadığı müddətə görə ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10% miqdarında çətinliklə bağlı ödəniş ödənilir. Bu da 8 692 manat edir. Beləliklə 86 925 + 17 385 + 8 692 = 113 002 manat edir. 10.06.2016-cı il tarixli 1 saylı İnzibati-İqtisadi məhkəmədə Müseyib Bayramovun çıxartdığı ədalətsiz qərar nəticəsində İcra Hakimiyyətinin komissiyasında Cavanşirin dediyi kimi onların xeyrinə həll olundu, yəni bizə çatacaq pul yalnız 66 217 manat olacaq ki, bu da dövlətin məmurları tərəfindən bizə çatacaq məbləğdən 46 785 manat pulun mənimsənilməsidir. Biz Apellyasiya Məhkəməsinə şikayət edəcəyik, hətta Ali məhkəməyə də, Avropa Məhkəməsinə də ərizə verəcəyimiz nəzərdə tutulub. Sizdən xahiş edirəm ki, bu məsələni gündəmdə saxlayasınız və hətta Apellyasiya Məhkəməsində iştirak da edəsiniz. Əlavə sənədlərlə sizi vəkilimiz də tanış edə bilər”.