HACIYEVDƏN XARİCDƏKİ MÜLKLƏRİ TƏLƏB EDİLİR – Arvadının adına alıb- FOTOLAR

13-06-2016, 12:14           

Beynəlxalq Bankın sabiq rəhbəri, indi həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşının barəsində də həbs qətiimkan tədbiri seçildi və onun haqqında 4 aylıq həbs qərarı verildi. Amma əlbəttə, bu qərarı sifariş verənlər yaxşı bilirlər ki, Zamirə Hacıyeva Azərbaycanda deyil, ölkəni çoxdan tərk edərək vətəndaşlığını qəbul etdiyi Böyük Britaniyada yaşayır.
“Azadlıq”a daxil olan məlumata görə, haqqında həbs qəti imkan tədbiri olaraq 4 aylıq həbs qərarı verilən Zamirə Hacıyevanın adına çoxlu mülklər var və bu ailənin əlindən həmin mülkləri almaq istəyirlər. Həm də, təkcə Azərbaycanda deyil, ölkənin xaricində.
Bildirilir ki, hazırda Hacıyevlər ailəsinin mülkləri axtarılır və belə mülklərdən biri Çexiyanın paytaxtının səfalı rayonlarından biri olan Çeske Budojeviç şəhərində aşkar edilib. 4 mərtəbəli, əzəmətli və xudmani bu mülk şəhərin lüks məhəllələrindən birində yerləşir və qiyməti də 4 milyon dollardan artıqdır. Həmin mülkün fotolarını da təqdim edirik:

HACIYEVDƏN XARİCDƏKİ MÜLKLƏRİ TƏLƏB EDİLİR – Arvadının adına alıb- FOTOLAR












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru