Yuxarı Qarabağ kanalında son vəziyyət necədir? - VİDEO
18-04-2023, 12:44
Yuxarı Qarabağ kanalında yaranan qəza şəraitini aradan qaldırmaq üçün sahil bərkitmə işləri aparılır.
Belə ki, kanalda suyun səviyyəsi tamamilə aşağı salınıb.
Qeyd edək ki, aprelin 16-da Yuxarı Qarabağ kanalının Bərdə rayon ərazisindən keçən hissəsində su kanalının 51-ci kilometrində baş verən su sızmasının qarşısı alınıb.