Cinsi azlıqlar Bakıda aksiya keçiriblər

13-06-2016, 22:33           

Bir neçə aksiya iştirakçısı LGTB bayrağına bürünüb.

Bazar ertəsi, iyunun 13-də, bir qrup LGTB nümayəndəsi ABŞ-ın Bakıdakı səfirliyi qarşısında həmrəylik aksiyası keçirib.

teref.az Turan agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Amerikanın Orlando şəhərində Əfqanıstan əsilli şəxsin 50 gey və lesbiyanı qətlə yetirdiyi terror aktının qurbanlarına dəstək ifadə ediblər.

Aksiya iştirakçıları “Homofobiyaya yox” və “Homofobiya öldürür” şüarları yazılmış plakatlar qaldırıblar. İştirakçıların bəziləri LGTB bayraqlarına bürünüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru