Hamı iftar süfrəsi açdı... bir Beyləqanın başçısı açmadı... - "Amma köhnə başçı..."

19-04-2023, 09:34           
Hamı iftar süfrəsi açdı... bir Beyləqanın başçısı açmadı... -
Mart ayının 23 - dən başlayan Mübarək Ramazan ayının təqvimi başa çatır. Təqvimə görə, aprelin 21, 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

"Demək olar ki, Ramazan bayramı ərəfəsində iş adamları, ayrı-ayrı vəzifəli şəxslər oruc tutan insanlara iftar süfrəsi təşkil ediblər. Şəxsən mən bir çox icra başçıları da tanıyıram ki, onlar rəhbərlik etdiyi rayonda şəhid ailələri və qazilərdən ibarət oruc tutan insanlara iftar süfrəsi açıblar. Bir, Beyləqanın icra başçısından başqa". DİA.AZ bildirir ki, bunu öz gileyində Beyləqanda yaşayan jurnalist Ramin Məhəmmədoğlu qeyd edib.

Jurnalist daha sonra yazır: "Məsələn, götürək elə sabiq icra başçısı Vaqif Abdullayevi.
Yadımdadır ki, Vaqif Abdullayev Beyləqana başçılıq etdiyi dönəmlərdə həmişə xalqımızın milli, mənəvi və dini dəyərlərinə hörmətlə yanaşıb, bayramlarla bağlı kütləvi tədbirlər təşkil edib, Ramazan ayı ərəfəsində isə oruc tutan insanlara geniş iftar süfrəsi təşkil edirdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru