CNN: “Rusiyanın tank ehtiyatı tükənir”

19-04-2023, 10:58           
CNN: “Rusiyanın tank ehtiyatı tükənir”
Rusiya hakimiyyəti Ukrayna ilə müharibədə getdikcə daha çox köhnə texnikadan istifadə etməyə başlayır. Moskva döyüş bölgəsində İkinci Dünya Müharibəsindən sonra istehsal edilən tankları yerləşdirir.

Məlumata görə, Rusiya tank ehtiyatlarını köhnə nəsil texnika ilə doldurmağa çalışır. Ölkə müharibədə getdikcə daha öncəki tank modellərinə arxalanır.

“Onlar T-80 və T-90-larla müharibəyə başladılar, sonra T-72-lərə keçdilər. İndi isə biz ilk T-55-lərin döyüşə girmək üçün təmirdən çıxdığını və artilleriya ilə də eyni vəziyyətin olduğunu görürük”, - deyə məlumatda bildirilir.


Xatırladaq ki, T-90 tankı ilk dəfə 1992-ci ildə, T-80 tankı 1976-cı ildə, T-72 1972-ci ildə, T-55 isə 1948-ci ildə İkinci Dünya Müharibəsindən sonra istifadəyə verilib.

Mənbə: CNN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru