Məmurun qardaşının şirkəti məhkəməyə verildi - Milyonluq qalmaqal

20-04-2023, 18:09           
Məmurun qardaşının şirkəti məhkəməyə verildi -
"Şərq Bazarı” kompleksinin bərpası və yenidəqurma işlərində subpodratçı olan "MECC” MMC podratçı şirkət "6-cı mərtəbə” MMC-ni məhkəməyə verib.

TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, "MECC” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.

İşin mahiyyəti podrat müqavilələri üzrə mübahisələrdən ibarətdir.

"MECC” MMC "6-ci mərtəbə” şirkətinin ona borclu olduğunu iddia edir. Bir müddət əvvəl şirkətin direktor köməkçisi Salman Salmanzadə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, "6-cı mərtəbə” MMC-nin onlara 1 milyon 400 min manatdan artıq borcu var. Salman Salmanzadənin sözlərinə görə, dəfələrlər "6-cı mərtəbə”nin rəhbərliyinə müraciət edilsə də, nəticəsi olmayıb.

"Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində subpodratçı olan "MV Group” MMC və "İdea Yapı” MMC də "6-cı mərtəbə” MMC-nin onlara borclu olduğunu bildirir. Onlar da məhkəməyə müraciət etməyə hazırlaşır.

"6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. MMC-nin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Şirkətin prezidenti isə Atəş Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru